dimanche 3 mai 2015

Mélanie René ilə eksklüziv müsahibə (İsveçrənin Avroviziya 2015 finalçısı)








lanie René ilə eksklüziv müsahibə  (İsveçrənin  Avroviziya 2015 finalçısı)

Bu saytın İsveçrənin Avroviziya 2015 milli finalının iştirakçısı müğənni Mélanie René ilə görüşmək şansı oldu. 
Bu görüşü təşkil etdiyinə görə onun meneceri xanım Eliane Dambreyə minnətdarlığımı bildirirəm. 
Bir qədər bu gənc müğənninin bioqrafiyası ilə tanış olaq:
Melani sentyabrın 1-də Cenevrədə anadan olmuşdur. O, əslən Mavritaniya adalarındandır. Melani musiqiçi ailəsində anadan olmuşdur. Kiçik yaşlarından onda musiqiyə böyük həvəs yaranır və 7 yaşında o, səhnəyə çıxır və müxtəlif ictimai və özəl konsertlərdə iştirak edir. 
9 yaşında o artıq dərk edir ki, musiqi onun həqiqi sevgisidir. O, pianino çalmağı öyrənməyə başlayır  və ilk kiçik bəstələrini yazır. 
2003-2009-cu illərdə o, Nyonda məşhur musiqi məktəblərindən olan “ Ateliers du Funambule”də  musiqi təhsili alır. Bu məktəb mahnı bəstəkarlığı, mətn yazılması və səhnələşdirilməsi ilə ixtisaslaşmışdır. O, burada xor, rəqs, teatr, piano, solfej dərsləri alır və Nikola Hafnerin harmoniyası altında özünü daha da təkmilləşdirir. O, Klod Lemesldən( fransız mahnılarının məşhur müəllifi) musiqi mətninin yazılması  dərslərini alır. 
2008-ci ildə Melani Rumıniyada Brasov şəhərində keçirilən beynəlxalq yarışda  “Qızıl Maral” Festivalında iştirak edir. Həmin il, o, Rumıniya dövlət televiziyası TVR1-in 40-cı ildönümü üçün təşkil olunmuş musiqi festivalında iştirak etməyə dəvət alır. 
2009-cu ilin fevralında, Eliane Dambre ilə birlikdə o, Leman Blönün “YA Pas l’Feu Au Lac” verlişində iştirak edir və Şarl Aznavurun mahnısına cover oxuyur. 
2009-cu ilin mayında, Melani  İsveçrəni “ İl Chante avec les Anges” mahnısıyla təmsil edərək özünün ilk mükafatını qazanır Georges Gregoriu Festivalında birinci yeri tutur. 
2010-cu ildə o, Böyük Britaniyaya gedir və Guildford şəhərində Academy of Contemporary Music musiqi məktəbində musiqi təhsili alır. O, burada musiqi texnikası dərsləri və nəzəri musiqi dərsləri keçir. Böyük Britaniyanın müxtəlif kafelərində çıxış edir. 
2012-ci ildə, o, musiqi təhsilini Böyük Britaniyanın digər bir musiqi məktəbində : BİMM-də  (Brighton Musiqi Məktəbində) davam etdirir. O, iki illik təhsildən sonra  BA Hons dərəcəsi üzrə diplom alır. Bundan sonra, o, İsveçrədə müxtəlif qruplarda solist və xorda çıxış edir. O, xüsusilə, xeyriyyə tədbirlərində çıxış edir. 
Saytın Melani Röneyə ünvanladığı bir neçə sualla buyurub tanış ola bilərsiniz: 


1. Necə oldu ki, bu il İsveçrə seçim turlarında iştirak etmək fikrinə gəldin və bizə bir qədər bu müsabiqədən danış. Bu yarışma haqqında fikirlərin nədir?
Bu yay mən öz bəstələrimi menecerim və yaxı dostum Eliana təqdim etdim. O, mənim “Time to Shine” mahnımı çox bəyəndi və mənə dedi: bu mahnını Avroviziyay təqdim etmək lazımdır. Biz  bir yerdə çalışdıq və mən sənədlərimi göndərdim. 
Bu yarışmanı yaradan şəxsin çox gözəl ideyası olub. Yarışma yeni müğənnilər və mahnıları kəşf etməyə imkan verir. Bu həqiqətən çox əladır. 

2. Melani, sizin mahnınız çox gözəldir. Mahnının sözlərini siz yazmısınız ? Belə gözəl mahnıları bəstələmək ilhamını siz hardan alırsınız ? 
Bəli, mahnının sözlərini və musiqisini mən bəstələmişəm. Mən bu mahnını öz yaşadıqlarıma əsasən yazmışam. 
3. Mahnıda ifadə etmək istədiyin mesaj nədir? 
Kim olduğumuzu və necə olduğumuzu qəbul etmək. Bunu həyata keçirtmək mənə azadlıq, yüngüllük hissi verdi və mahnıda da mən bunu ötürmək istəyirdim. Bu mahnıda xüsusilə, mən öz həyat yolumdan bəs edirəm. 
4. Bizə bir qədər özündən və musiqiyə olan həvəsindən danışa bilərsən?
Mən kitab oxumağı və səyahət etməyi çox xoşlayıram. Hal-hazırda, mənim həvəsim ən çox yeməklə əlaqədar hər bir şeyədir. 
5. Dinləməyi xoşladığın müğənnilər hansılardır ? və musiqi bəstələyərkən ən çox kimdən təsirlənirsən ? 
“Time to Shine” mahnısını bəstələyərkən ən çox Jessy Jayin sonuncu albomundan  təsirləndim. Onun ötürmək istədyi mesajı çox bəyəndim.  İndi, Sianı çox xoşlayıram. Dinləməyi sevdiyim müğənnilər çoxdur, indi hamısının adını sənə demək çətin olacaq, çox müğənni var. Məndə oxumağa həvəs yaradan müğənni Celine Diondur. Celine kiçik yaşlarımdan həmişə mənim musiqi modelim olub. 
6. Bizə öz  gələcək planlarından danışa bilərsən?
Hal-hazırda mən bu yaxınlarda işıq üzü görəcək 4 ya 5 mahnıdan ibarət diskimin üzərində çalışıram.  Hələ ki, mənim planım budur. Ümüd edirəm ki, bu planım baş tutacaq. 

Saytımız sənə uğurlar arzulayır və Vyanda keçiriləcək Avroviziya yarışmasında səni dəstəkləyir. Qeyd edək ki, Melani yarışmada 14-cü nömrə altında səhnəyə çıxacaq və özünün bəstlədiyi “ Time to Shine” mahnısını ifa edəcək. Buyurub mahnını dinləyə bilərsiniz.





Traduction  : Gullu 

Aucun commentaire: